Londonda dəmir yolu vağzalı boşaldılır- Terror təhlükəsi

25 May 2017 13:44 (UTC+04:00)

AzNews.az xəbər verir ki, “Viktoriya” vağzalında naməlum şübhəli əşya aşkarlandıqdan sonra insanlar təcili evakuasiya edilib.

Bundan başqa, polis Bukingem sarayına gedən yolu da bağlayıb. Naməlum əşya araşdırıldıqdan sonra təhlükənin sovuşduğu elan edilib.