“Azərbaycan qazından asılıyıq” - Nazir

25 May 2017 14:26 (UTC+04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu qonşu ölkənin baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze "Regionda Enerji Sammiti" mövzusunda keçirilən tədbirdə bildirib.

Baş nazirin müavini Azərbaycanı Gürcüstanın strateji tərəfdaşı adlandırıb.

"Biz bu gün Azərbaycan qazından asılıyıq. Belə ki, hazırda Gürcüstan yalnız Azərbaycandan təbii qaz alır. Bu isə bizim üçün çox vacibdir. Azərbaycan bizim strateji tərəfdaşımız olaraq Gürcüstana böyük həcmdə investisiya yatırır. Bizim birgə həyata keçirdiyimiz iri layihələr tezliklə başa çatacaq və biz əlavə həcmdə Azərbaycandan təbii qaz alacağıq", - energetika naziri qeyd edib.

AzNews.az