Flaminqolar niyə bir ayaq üstə dayanır? - Elmi tədqiqat

25 May 2017 15:51 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, professor Yanq-hui Çanqın sözlərinə görə, bu quşların ayaq üstə dayanması üçün tək ayaqdan istifadə etməsinə səbəb onların gövdə müvazinəti ilə bağlıdır.

Daha əvvəlki versiyaya görə, flaminqoların belə etməsinə səbəb onların ayaqlarında tempraturu nizamlaması ilə bağlı idi. Lakin bu versiya təcrübədə özünü doğrultmayıb.

Təcrübə göstərib ki, flaminqolar tək ayaqdan istifadə etməklə bədən müvazinətini saxladıqda daha az enerjidən istifadə edirlər. İki ayaqdan istifadə etdikdə isə daha çox enerji gedir. Flaminqoların bədən quruluşu onlara bu cür enerji qənaəti etməyə imkan verir.

Professor Yanq-hui Çanq təcrübəni flaminqo cəsədləri üzərində aparıb və məlum olub ki, flaminqolar tək ayaq üstə dayandıqda, demək olar ki, heç bir əzələdən istifadə etmirlər və tam sabit vəziyyətdə dayana bilirlər. Lakin iki ayaq üstə dayandıqda isə onların müvazinəti pozulur və bu zaman əzələləri fəallaşır. Bu isə onun enerji itirməsinə səbəb olur.

Bəxtiyar Abbasov

AzNews.az