77 yaşlı kişi striptiz klubda öldü

25 May 2017 17:59 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı kişiyə nə klubun işçiləri, nə də həkimlər kömək edə bilməyiblər.

Məlumata görə, xarici ölkə vətəndaşı içki sifariş verdikdən sonra divanda oturub. Daha sonra onun vəziyyəti pisləşib.

“Huşunu itirən kişiyə ilk olaraq klubun işçiləri kömək etməyə çalışıblar. Daha sonra həkimlər hadisə yerinə gəlib. Təəssüflər olsun ki, tibbi müdaxilə müsbət nəticə vermədi” – deyə polis nümayəndəsi Daqmar Brojov bildirib.

İlkin müayinə zamanı kişinin meyiti üzərində zorakılıq izləri aşkarlanmayıb.

Bəxtiyar Abbasov

AzNews.az