Mark Zukerberq təhsilini başa vurdu

26 May 2017 09:55 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Zukerberq "Facebook" sosial şəbəkəsini yaratdıqdan sonra təhsilini yarımçıq qoymuşdu.

Zukerberq çıxışı zamanı tələbələri təkcə yeni iş yerləri deyil, eyni zamanda, yeni məqsədlər yaratmağa çağırıb.

“Biz qeyri-stabil bir dövrdə yaşayırıq. Bizi daxili dünyamıza sıxan təzyiq var. Bu dövrün mübarizəsidir. Azadlıq, aşkarlıq və qlobal cəmiyyət avtoritarlığa, təcrid və millətçiliyə qarşı..”

Zukerberq dünyanın 5-ci ən zəngin adamıdır. Onun sərvəti 62.3 milyard dollar təşkil edir.

Bəxtiyar Abbasov

AzNews.az