Trampın kürəkəni istintaqa cəlb olundu

26 May 2017 11:09 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Cared Kuşnerin də qayınatası kimi Rusiya ilə əlaqədə olması ehtimal edilir.

2016-cı il prezident seçkiləri ərəfəsində Trampın Rusiya ilə əlaqələrinin olduğuna dair iddialar ortaya çıxmışdı. Onun seçkilərdə qalib gəlməsinə səbəb kimi də məhz bu əlaqələr göstərilir.

Trampın bir müddət əvvəl Federal Təhqiqatlar Bürosunun baş direktoru Ceyms Komini vəzifəsindən qovması ona qarşı şübhələrin artmasına səbəb olmuşdu.

Hətta, Trampın Respublikaçılar Partiyasından bir neçə nəfər Trampı tərk edəcəklərini bildiriblər. Trampın vəzifəsindən azad ediləcəyinə dair şayiələr gəzir. Onun Rusiya ilə əlaqələri eyni zamanda FTB və ABŞ Konqresi tərəfindən araşdırılır.

Bəxtiyar Abbasov

AzNews.az