Sürücülərin nəzərinə - Avtomobillərin hərəkət istiqaməti dəyişdirilir

26 May 2017 13:53 (UTC+04:00)

Bunu Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, Akim Abbasov küçəsindən Həsən bəy Zərdabi küçəsinin Molla Pənah Vaqif küçəsi ilə kəsişən hissəsinə çıxan nəqliyyat vasitələrinin hərəkət istiqaməti yalnız sağa – Həsən bəy Zərdabi küçəsi istiqamətinə yönəldilir.

Şöbə rəisinin sözlərinə görə, artıq son tamamlama işləri aparılır: “Molla Pənah Vaqif küçəsi boyunca yaşayan avtomobil sahiblərindən və sürücülərindən xahiş edilir ki, həmin ərazidə diqqətli olsunlar və qoyulmuş yol nişanlarının tələblərinə uyğun hərəkət etsinlər. Eyni zamanda həmin əraziyə yaxın məsafələrdə dayanma-durmanı qadağan edən yol nişanı qoyulacaq ki, bu da sürücülər tərəfindən nəzərə alınmalıdır”.

AzNews.az