Misirdə xristianları daşıyan avtobus hücuma məruz qaldı – 23 nəfər öldürüldü

26 May 2017 14:33 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı azı 23 nəfər öldürülüb, 25 nəfər yaralanıb. Misirin Səhiyyə Nazirliyi faktı təsdiqləyib.

Avtobusa naməlum silahlılar hücum ediblər. Məlumata görə, hadisə xristianlar Bəni-Sueyf şəhərindən monastra geri qayıdan zaman baş verib.

Hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib.

Bəxtiyar Abbasov

AzNews.az