Əfqanıstanda hərbi bazaya hücum – 15 nəfər öldü

26 May 2017 15:53 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hücum zamanı öldürülən 15 nəfərin əksəriyyəti əfqan əsgərləridir.

Əfqanıstanın Müdafiə Nazirliyi bildirib ki, hücuma görə “Taliban” qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

3 gün əvvəl oxşar hücumlar nəticəsində 11 hərbçi öldürülmüş, 9 nəfər yaralanmışdı.

Əfqanıstanın bir sıra rayonlarında ərazi üstünlüyünə malik olan “Taliban” terrorçuları son günlərdə hücumların sayını artırıblar.

Bəxtiyar Abbasov

AzNews.az