Fransanın MDB ölkələri üzrə Regional rəhbəri İİTKM-də olub - Fotolar

26 May 2017 16:14 (UTC+04:00)

AzNews.az xəbər verir ki, nümayəndə heyətinin səfərində əsas məqsəd Fransanın İqtisadiyyat və Maliyyə nazirliyi üçün Azərbaycanın iqtisadi və maliyyə durumunu qiymətləndirmək və analiz etmək, həmçinin onun inkişaf perspektivlərini təhlil etməkdir.

Görüş zamanı icraçı direktor Vüsal Qasımlı Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri barədə məlumat verib.

Eyni zamanda Azexport portalı, Rəqəmsal Ticarət Qovşağı, həmçinin Azexport portalının nəzdində fəaliyyət göstərəcək “Bir pəncərə” İxraca Dəstək Mərkəzi barədə danışılıb.

Maliyyə və İqtisadi Məsələlər üzrə Nazir-Müşavir Filip Brünel isə bildirib ki, Azərbaycanda səfərdə olduğu müddətdə aldığı məlumatlar ölkənin müsbət nəticələrə doğru irəliləyişin olduğunu göstərir. “Son illər Azərbaycanda iqtisadi islahatların aparılması istiqamətində nəzərəçarpan işlər görülüb. Xüsusi ilə vergi və gömrük sisteminin şəffaflaşması istiqamətində çox ciddi addımlar atılıb. Güman edirəm ki, istər Azexport portalı, istərsə də Rəqəmsal Ticarət Qovşağı sahibkarların imkanlarını genişləndirəcək.”