“Heç bir problem yaşanmayıb” - DGK-dan açıqlama

26 May 2017 18:55 (UTC+04:00)

AzNews.az DGK-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2017-ci ilin 25 may saat 21:00-dan başlayaraq 26 may saat 04:00 qədər Dövlət Gömrük Komitəsi tərəfindən informasiya resurslarının və informasiya sistemlərinin təhlükəsizliyinin yoxlanılması və təkmilləşdirilməsi məqsədilə planlaşdırılmış yüklənmə testləri həyata keçirilmiş və DGK mütəxəssisləri tərəfindən aparılmış sınaqlar uğurla başa çatdırılmışdır.

Sınaqların həyata keçirildiyi müddətdə sistemdə müəyyən ləngimələr baş versə də, müvafiq gömrük prosedurları və yoxlamalar, avtomobillərin və sərnişinlərin gömrük zonasının ərazisinə giriş-çıxışının həyata keçirilməsi, eləcə də sistemin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmamışdır.