13 yaşlı oğlan tut ağacından yıxılaraq öldü

26 May 2017 21:26 (UTC+04:00)

AzNews.az ARB-yə istinadən xəbər verir ki, Gəncədə 13 yaşlı oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Ozan küçəsində yaşayan Vüsal Aslanlı həyətdə olan tut ağacından yıxılıb.

Ağır xəsarət alan uşaq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Reanimasiya Şöbəsinə yerləşdirilən Vüsala tibi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Fakt araşdırılır.