"Qarabağ"ın rəqibləri bəlli oldu

26 May 2017 22:11 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, iyunun 1-də Bakıda bir araya gələcək komanda iyunun 16-da təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq.

Qurban Qurbanovun komandası hazırlıq müddətində minimum 3 yoxlama görüşü keçirəcək.

Ardıcıl 4-cü dəfə ölkə çempion olan “atlılar” iyunun 20-də Rusiyanın “Terek” klubu ilə qarşılaşacaq. İyunun 24-də Sofiya MOİK-i ilə üz-üzə gələcək “Qarabağ” 4 gün sonra Moskva “Dinamo”su ilə üz-üzə gələcək.

“Qarabağ”ın hazırlıq müddəti Çempionlar Liqasının püşkatmasından asılıdır. Komanda II təsnifat mərhələsində ilk görüşünü Bakıda keçirsə, vətənə erkən qayıdacaq. Əks halda toplanışın müddəti uzanacaq.