Amerikalı müğənni xeyriyyə konserti verəcək

27 May 2017 10:15 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hələlik konsertin vaxtı və yeri məlum deyil.

“Mən cəsur Mançester şəhərinə fanatlarımla görüşmək və qurbanlarının xatirəsinə xeyriyyə konserti vermək üçün qayıdacam”-deyə müğənni qeyd edib.

Mayın 22-də Mançester şəhərində törədilmiş terror aktı nəticəsində 12-i uşaq olmaqla 22 nəfər həlak olmuşdu.

Hadisə Ariana Qrandenin konsertindən qısa müddət sonra baş vermişdi.

AzNews.az