Dünyanın ən zəngin futbolçusu kimdir?- “Forbes” açıqladı

27 May 2017 12:30 (UTC+04:00)

AzNews.az xəbər verir ki, portuqaliyalı futbolçu, “Real Madrid” klubunun 32 yaşlı hücumçusu Kriştianu Ronaldu 2017-ci ildə 93 milyon dollar gəlir əldə edərək dünyanın ən varlı futbolçusu adını qazanıb. Bu məbləğin 58 milyon dolları onun məvacibi, yerdə qalan vəsait isə reklam gəlirlərindən əldə olunub.

İkinci yerdə 80 milyon dollar gəlirlə “Barcelona” klubunun argentinalı futbolçusu Lionel Messidir.

Üçüncü yerin sahibi də “Barcelona” klubunun futbolçusudur. Belə ki, brazilyalı futbolçu Neymar 37 milyon dollar gəlirlə bu yerdə qərarlaşıb.

AzNews.az