30 yaşlı tələbə özünü asdı - Foto

27 May 2017 16:08 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ulduz Texniki Universitetinin musiqi fakültəsinin IV kurs tələbəsi 30 yaşlı Oktay Mətn Oktay evində özünü qızdırıcı borusundan asıb. Yaxınları ondan xəbər almadıqları üçün polisə və xilasedicilərə məlumat verib. Xilasedicilər qapını açdıqları zaman onun meyitini görüblər. Hadisə ilə bağlı araşdırma davam edir.