Bərdəyə dolu yağdı - Təsərrüfata ciddi ziyan dəydi

27 May 2017 19:05 (UTC+04:00)

"Report"un Qarabağ bürosu xəbər verir ki, Günün ikinci yarısı düşən və bir neçə dəqiqə davam edən dolu yollarda hərəkətdə olan avtomobillərə də ziyan vurub. Onun ölçüsü təqribən 2-3 sm olub.

Qısamüddətli olduğundan evlərin dam örtüklərinə ciddi ziyan dəyməyib.

Sakinlərin sözlərinə görə, rayonun kəndləri ilə yanaşı, mərkəzdə də dolu nəticəsində yerdə buz qatı yaranıb.

Hələlik yağan dolunun rayon ərazisində hansı fəsadlar törətdiyi müəyyənləşməyib. Bu istiqamətdə rayon Fövqəladə Hallar Komissiyası araşdırmalar aparır.

AzNews.az