Ağsuda 4 otaqlı ev yandı

27 May 2017 21:05 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar nazirliyinə istinadən xəbər verir ki, Ağsu rayonu, Ərəbmehdibəy kəndində vətəndaşa məxsus ümumi sahəsi 84 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.