Azərbaycanda qeyri-adi tədris üsulu - Şagirdlər replə dərs öyrənir

27 May 2017 22:39 (UTC+04:00)

Xezerxeber.az məlumat verir ki, sosial şəbəkələrdə də diqqət çəkən müəllim, dərsi uşaqlara sevdirmək üçün hətta rep deyir. Həmin dərslərdən birinin videosu yayıldıqdan sonra "Xəzər Xəbər” gənc müəllim Həbib Əlizadəni tapıb.

Görüntülərdə aydın olur ki, şagirdlərin həvəslə və aktiv iştirak etdiyi dərs tarix dərsidir.

Görünütlər Lənkəran rayonundan təxminən 36 km. məsafədə yerləşən Gəgiran kənd orta məktəbindəndir. Sosial şəbəkələrdə yayılan görüntüdəki gənc müəllim isə Həbib Əlizadədir. 5 il əvvəl Lənkəran Dövlət Universitetinin Tarix fakültəsini bitirən Həbib müəllim iki il əvvəl Təhsil Nazirliyinin təyinatı ilə Gəgiran kənd məktəbində fəaliyyətə başlayıb. 5-11 ci sinif şagirdlərinə tarix fənnini tədris edən gənc müəllim bu fənni sevdirmək üçün qeyri -adi üsullardan istifadə edir.

Həbib Əlizadənin öyrətmək üçün yeni üsulu rep olub. O, tarix dərsində xronologiyanı rep halına salaraq diqqətə çatdırır. Repin sözləri isə müəllimin dərsdə dediyi və uşaqların da cavabladığı sual -cavablardır.

Onun bu ideyalarına şagirdlər də sevə- sevə dəstək verir.

Qeyri-adi tədris üsulları gənc müəllimi şagirdlərə xeyli sevdirib. Müəllimin başqa bir istəyi isə gələcəkdə digər dağ kəndlərindəki həmkarları ilə birgə maraqlı layihələr həyata keçirməkdir.

AzNews.az