Vəkil vətəndaşa 3 min manat “atdı”

28 May 2017 13:54 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, paytaxt sakini olan 1948-ci il təvəllüdlü Həsənov Əbdüləzim Mirzəağa oğlu polisə müraciət edərək bildirib ki, Mehdiyev Çingiz Marks oğlu onun 3 min manat pulunu mənimsəyib. Şikayətçinin sözlərinə görə, bir müddət əvvəl vəkil kimi tanıdığı Çingiz Mehdiyevə məhkəmədəki mülki məsələnin onun xeyrinə həll edilməsi ilə bağlı müraciət edib. Həmin şəxs 3 min manat müqabilində işi həll edəcəyinə söz verib və pulu alıb. Lakin Çingiz Mehdiyev vədinə əməl etməyib, eyni zamanda pulu da geri qaytarmayıb.

Araşdırma aparılır.