Dünya birjalarında neft ucuzlaşıb

29 May 2017 10:05 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,18 dollar və ya 0,36% azalaraq 49,62 dollar təşkil edib.

Brent markalı neftin 1 barelinin dəyəri isə 0,17 dollar və ya 0,33% azalaraq 51,98 dollar olub.

AzNews.az