“APA TV” 4 yaşını qeyd edir

29 May 2017 10:40 (UTC+04:00)

AzNews.az "APA"ya istinadən xəbər verir ki, “APA TV” ilk dəfə 2013-cü il 29 may tarixində canlı yayıma başlayıb.

“APA Holding”in tərkib hissəsi olan televiziya gün ərzində 14 saat canlı yayım təşkil edir. Kanal siyasi, iqtisadi, sosial, mədəni və dini mövzularda verilişlər yayımılayır.

AzNews.az “APA TV” əməkdaşlarını 4 yaşı münasibəti ilə təbrik edir, onlara əmək fəaliyyətində yeni uğurlar arzulayır.

AzNews.az