Temperatur 15 dərəcəyə yüksələcək

9 Fevral 2013 10:47 (UTC+04:00)


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, cənub küləyi əsəcək, havanın temperaturu gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq.

Fevralın 11-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-5 dərəcə, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 10-da hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman və çiskin qeydə alınacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6 dərəcə, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcəyədək isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8, bəzi yerlərdə 10 dərəcəyədək isti olacaq.

Fevralın 11-də havanın əsasən yağmursuz, lakin axşam bəzi qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Fevralın 10-u və 11-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

AzNews.az