Şri-Lankada daşqın qurbanlarının sayı 164 nəfərə çatıb

29 May 2017 12:18 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Şri Lankada mövsümi yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

Əsasən, Kalutara rayonunda daşqınlar genişmiqyaslı dağıntılar törədib. Rayonun 5 bölgəsində torpaq sürüşmələri qeydə alınıb. Yüzlərlə ev daşqın suları altında qalıb.

Təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün bölgəyə yüzlərlə xilasedici cəlb edilib.

Bəxtiyar Abbasov

AzNews.az