Gecə klubunda İraq vətəndaşını döyən şəxslər tutuldu

29 May 2017 12:42 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mayın 27-də Səbail rayonu ərazisindəki klublardan birində naməlum şəxs əcnəbi vətəndaş olan Deheya Ali Abdulhüseyni döymüşdü. O, xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılmışdı.

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Orxan İsgəndərli və Şahin Məmmədov saxlanılıblar.

Məlum hadisə Xəqani küçəsində yerləşən “Troya” gecə klubunda baş vermişdi. İraq vətəndaşı, 39 yaşlı Deheyyar Ali Abdulhuseyn naməlum şəxs tərəfindən döyülüb.

AzNews.az