Milyonerlər məhəlləsində qəza - Lüks avtomobil əzildi

30 May 2017 11:31 (UTC+04:00)

Lent.az xəbər verir ki, saat 09 radələrində Nərimanov rayonu ərazisində keçmiş Teymur Əliyev, hazırki Məmməd Araz küçəsində (Milyonerlər məhəlləsi kimi tanınan küçə) "Chevrolet Camaro" ilə İctimai Televiziyaya məxsus avtomobil toqquşub. Nəticədə 2 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırma aparılır.

AzNews.az