“Ded Xasan”a yaxın olan erməni avtoritet həbs olundu

9 Fevral 2013 11:32 (UTC+04:00)




Nyu-Yorkun federal məhkəməsinin qərarına əsasən 44 yaşlı erməni "qanuni oğru" Armen Kazaryan (Pzo) 37 aylıq həbs cəzası və 60 min dollar cərimə təyin olunub. "Qafqazinfo"nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Kazaryan ABŞ tarixində ən irimiqyası tibbi sığorta fırıldağının təşkilində əsas rol oynamaqda ittiham olunur.

Kazaryan məhkəmə zalında son söz deməkdən imtina edib. Onun yerinə qohumları, dostları və A.Kazaryanın sponsorluq etdiyi erməni kilsəsinin keşişi əfv istəyiblər.

Daha əvvəl də Kazaryan 70-dən çox şəxsdən ibarət cinayətkar dəstənin iştirakı ilə tibbi sığorta sistemində saxtakarlığa yol veriblər və onların müxtəlif insanlara vurdiuqları zərərin dəyəri 163 milyon dollar qiymətləndirilir.

A.Kazaryanın Los-Anjelasda bu yaxınlarda Moskvada qətlə yetirilən məşhur avtoritet Ded Xasanın maraqlarını müdafiə etdiyi deyilir.

AzNews.az