“Dövlət ABB-nin sağlamlaşdırılmasına xidmət edəcək restrukturizasiya planının dəstəklənəcəyinə inanır”

30 May 2017 13:20 (UTC+04:00)

“APA-Economics” xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, dövlət ABB-nin sağlamlaşdırılmasına xidmət edəcək restrukturizasiya planının xarici kreditorlar tərəfindən dəstəklənəcəyinə inanır: “Lakin inanc bir qədər emosionaldır. Bazarların araşdırılması və bazarların bu prosesə reaksiyası onu göstərir ki, bizim nikbin olmağa əsasımız var. İstənilən halda, əgər kreditorlar bu planı dəstəkləməzsə, bu isə az güman olunan ehtimaldır, o zaman biz bankın öhdəliklərinin həll olunmasının başqa yollarını nəzərdə tutmuşuq”.