Millət vəkilindən universitet rəhbərinə dəstək: "Dövlət imtahanı verilməlidir"

30 May 2017 14:50 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Ağacan Abıyev Azərbaycan Dillər Universitetində tələbələri imtahanlarla bağlı keçirdikləri aksiyaya münasibətində deyib. Onun sözlərinə görə, dövlət imtahanı bütün ali məktəbərdə keçirilir:

“Bütün ali məktəblərdə dövlət imtahanı olub və olacaq da. Hətta Texniki Universitetdə diplom işinin müdafiəsi də həyata keçirilir. Necə ola bilər ki, sən ali məktəbdə təhsil alasan, amma dövlət imtahanı verməyəsən. Belə bir universitet yoxdur. Tələbələr bilmirdi ki, bunlar məktəbi bitirdikdən sonra dövlət imtahanı verib sonra diplom alacaqlar? Tələbələr səhv edir.”

Ağacan Abıyev qeyd edib ki, tələbələr dövlət imtahanı verməsələr, onlara diplom verilməyəcək: “İmtahan verilməlidir, bunun başqa yolu yoxdur.”

Azərbaycan Dillər Universitetində tələbələri imtahanlarla bağlı aksiya keçiriblər. Onlar aksiyada dövlət imtahanından azad edilmələri şərtini səsləndiriblər.

Bahar RÜSTƏMLİ

AzNews.az