Polis maşını ilə “Porsche”nin toqquşma anı - Video

30 May 2017 16:35 (UTC+04:00)

Toqquşma anını əks etdirən görüntüləri APA-ya şahidlər təqdim ediblər.

Qeyd edək ki, bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində Səbail rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyünə məxsus olan “Fiat Doblo” markalı, 99 AP 658 dövlət qeydiyyat nişanlı avtomobil və 10 VV 155 dövlət qeydiyyat nişanlı, “Porsche Cayenne” markalı maşın toqquşub.

Qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi yaralanıb.

AzNews.az