Əfqan Muxtarlı Gürcüstanda saxlanılaraq Azərbaycana gətirildi - Yenilənib

30 May 2017 21:20 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, vəkil Elçin Sadıqov Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilən jurnalist Əfqan Muxtarlı ilə görüşüb.

Vəkil deyib ki, Ə. Muxtarlıya qarşı CM-nin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206-cı (Qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Elçin Sadıqov bildirib ki, Ə. Muxtarlı Gürcüstanda saxlanılıb.

***

AzNews.az xəbər verir ki, bu barədə APA-ya məlumat verən vəkil Nemət Kərimli bildirib ki, onu Dövlət Sərhəd Xidmətinə gətiriblər. Vəkilin sözlərinə görə, Ə. Muxtarlı sabah məhkəmə qarşısına çıxarılacaq.

Onun hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil.