İmişlidə 5 otaqlı ev yandı

30 May 2017 23:53 (UTC+04:00)

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, İmişli rayonu, Yalavac kəndində vətəndaşa məxsus ümumi sahəsi 142 m2 olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 75 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.