DİN açıqlama yaydı: daha bir rayona yeni rəis təyin olundu

9 Fevral 2013 13:05 (UTC+04:00)
Xəzər Rayon Polis İdarəsinə rəis təyin olunub. APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə bu vəzifəyə Şirvan Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradov təyinat alıb.

DİN-in mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, Xəzər Rayon Polis İdarəsinin rəisi Faiq Şabanov Gəncə Şəhər Bas Polis İdarəsinin rəisi təyin olunub.

AzNews.az