CIA agenti Ben Ladeni “yaxaladı”? – VİDEO

9 Fevral 2013 13:19 (UTC+04:00)
Məşhur qadın rejissor Ketrin Biqelou məşhur terrorçu Usama Ben Ladenin yaxalanması haqqında bədii film çəkib.

"Zero, Dark, Thirty" ("Sıfır, Qaranlıq, Otuz") adlı film Orta Şərqdə "Əl Qaidə" terror təşkilatıni məhv etmək və təşkilatın rəhbəri, düntyanın bir nömrəli terrorçusu Usama Ben Ladeni yaxalamaqla vəzifələndirilən ABŞ-ın CIA agenti Mayanın 2003-cü ilə 2011-ci il arasındakı əməliyyatlarından bəhs edir.

Rejissor filmdə milliyyətçi və militarist rəftarı hissə-hissə göstərib. Filmin əsas süjet xətti daha çox cəmiyyətin azadlığına yönəlib. Beləcə, Usama Ben Ladenin tutulmasına qədər davam edən filmdə psixoloji, aksiyon və döyüş səhnələri daha çox diqqət çəkir.

Həmçinin rejissor filmdə ABŞ-da baş verən 11 Sentyabr hadisələrindən sonrakı proseslərə də toxunulub.



Fuad Mədətov
AzNews.az