Yollarda itkisiz gün

11 Fevral 2013 09:33 (UTC+04:00)


Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, ölkə ərazisində 10 yol qəzası qeydə alınıb. Nəticədə 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bakı şəhərində bazar günü baş vermiş 2 yol qəzası nəticəsində 2 nəfər yaralanıb.

Qeyd edək ki, fevralın 10-da ölkənin magistral və şose yollarında sıxlıq müşahidə olunub. Səbəb isə Azərbaycanın hər bir tərəfində yeni hərbi xidmətə başlayan əsgərlərin andiçmə mərasimləri olub.

AzNews.az