Bu uşaq dünyanı heyrətə gətirib

11 Fevral 2013 10:53 (UTC+04:00)


Dünyanın ən məşhur dahilər qrupu olan Mensaya 3 yaşlı uşaq qəbul edilib. 162 IQ dərəcəsiylə qrupa qəbul edilən Alisiya Amos Albert Enisteyn ve Stefan Havkinq kimi dahilərdən daha ağıllıdır. Hər iki dahinin zəkası 160 IQ ilə qiymətləndirilib.
Ana dilləri rus dili olan Vitali və Tatyana Amosun 3 yaşındakı qızları Alisiya zəka testlərini ikini ana dili olan ingilis dilində cavablandırıb. 6 ay əvvəl danışmağa başlayan bu uşaq haqqında "Danışmağa başlayandan 6 ay sonra bir dahi üzə çıxdı" deyilir.

İngiltərədə yaşayan Alisiya barədə professorların da rəyi olduqca müsbətdir. Ancaq dahi uşağın gəlcəkdə psixoloji problemlərinin olmaması üçün onun mütləq peşəkarlardan yardım alması lazımdır.

Elnarə
AzNews.az