Müdafiə Nazirliyi helikopter qəzası ilə bağlı məlumat yayıb

11 Fevral 2013 11:19 (UTC+04:00)


Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda deyilir ki, bu gün saat 10.30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək "Şıxov" çimərliyi istiqamətində qəzaya uğrayıb.

Hazırda xilasetmə tədbirləri həyata keçirilir. Qəza ilə əlaqədar əlavə məlumat veriləcək.

AzNews.az