Prezidentin xanımı peşmandır

11 Fevral 2013 12:12 (UTC+04:00)


Türkiyənin "Sabah" qəzetinıə müsahibə verən Suha Ərəfat bildirib ki, o keçmiş lideri çox sevdiyinə baxmayaraq, onunla birgə həyat bölüşdüyünə görə peşmandır.

" Mən Yasir Ərəfatı çox sevirdim. Bunu dana bilmərəm. Ancaq dəfələrlə ondan ayrılmaq və uzaqlaşmaq istəmişəm, lakin o imkan verməyib. Hər dəfə hər şeyin yaxşı olacağını vəd edərək məni geri qaytarmağa çalışıb və buna nail olub. Biz heçvaxt normal həyat tərzi keçirə bilməmişik. Onun işləri çox olduğundan bizim hətta ünsiiyyətə belə vaxtımız qalmırdı. O yaxşı lider idi, ancaq yaxşı həyat yoldaşı deyildi",-deyə Suha müsahibəsində bildirib.

Məlumat üçün deyək ki, Suha və Yasir Yasir Ərəfat 1990-cı ildə gizli şəkildə Tunisdə evləniblər. Həmin vaxt Suhanın 27, Yasir Ərəfatın isə 61 yaşı olub. Suha xristian olub, daha sonra islamı qəbul edib.

Aynur Hüseynova
AzNews.az