“Təbəssüm”ün üzvləri Abdulla Güllə görüşəcək

11 Fevral 2013 14:30 (UTC+04:00)
. Bütün dünyaya yayımlanan TRT-nin xətti ilə 35-ci dəfə düzənlənən Beynəlxalq Cocuq Festivalında bu dəfə teatrının ən balaca artisləri - Yaradıcılıq Studiyasının üzvləri təmsil edəcək.

İzmir şəhərində keçiriləcək festivalda dünyanın 110 ölkəsindən balaca istedadlar qoşulacaq. Dünyanın ən müxtəlif meridianlarından gələn çocuqlar bayram günlərində Ankaraya uçacaq, TRT rəhbərliyi, Türkiyə Parlamentinin üzvləri, Baş Nazir Rəcəb Tayyib Ərdoğan və hətta Cumhurbaşqanı Abdulla Güllə də görüşəcək.
Balacaların çıxışları aprel ayının 23-də TRT kanalı ilə canlı yayımlanacaq. Uşaqlar möhtəşəm konsert proqramlarında Azərbaycanın milli rəqslərini ifa edəcək.

Bahar Rüstəmli
AzNews.az