Gürcüstanın müdafiə naziri Azərbaycana səfər edəcək

11 Fevral 2013 16:13 (UTC+04:00)
Gürcüstanın müdafiə naziri İrakli Alasaniya mart ayında Azərbaycana və Ermənistana səfər edəcək. APA-nın xəbərinə görə, səfər zamanı regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

İ. Alasaniya bildirib ki, regionda heç bir ölkə təhlükəsizliyi təkbaşına təmin edə bilməz: "Bütün əməkdaşlıq formatlarından istifadə etmək vacibdir və Gürcüstan bu məsələdə aparıcı ölkələrdən biri olacaq".

AzNews.az