Daha bir hərbiçinin meyiti tapıldı

11 Fevral 2013 16:59 (UTC+04:00)


Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlunun APA-ya verdiyi məlumata görə, Bəhruz Zeynalovun meyiti bir neçə dəqiqə əvvəl tapılaraq sudan çıxarılıb. Digər hərbçinin meyitinin axtarışı davam etdirilir.

Qeyd edək ki, bu gün saat 10.30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək "Şıxov" çimərliyi istiqamətində qəzaya uğrayıb. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri - kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar.

Bundan əvvəl R. Rüstəmovun meyiti tapılaraq sudan çıxarılıb. Y. Əhmədovun meyitinin axtarışı davam etdirilir.


AzNews.az