“Erməni soyqırımı“ Fransa parlamentində

11 Fevral 2013 17:15 (UTC+04:00)


Bu qanun layihəsinin də müəllifi "Xalq Hərəkatı Uğrunda İttifaq" partiyasının deputatı Valeri Buayedir.

Qanun layihəsi Avropa Parlamentinin qəbul etdiyi "Soyqırımın və hərbi cinayətlərin inkarına görə cinayət məsuliyyətinin nəzərdə tutulması" maddəsinə əsaslanır. Yeni qanun layihəsi "erməni soyqrımını"nı inkar edənlərin bir il həbs və 45 min avro cərimə ilə cəzalandırılmasını nəzərdə tutur.

Qeyd edək ki, ötən il analoji qanun layihəsinin qüvvəyə minməsinin qarşısı Konstitusiya Məhkəməsi tərəfindən alınıb. Konstitusiya Məhkəməsi söz azadlığına zidd olduğunu əsas gətirərək qeyd olunan qanunu qüvvədən salıb.