80 yaşlı kişi dördüncü arvadını baltaladı - Yenilənib

19 İyun 2017 10:34 (UTC+04:00)

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran şəhərində qeydə alınıb.

Şəhər sakini, 1937-ci il təvəllüdlü Əzizov Xanoğlan ailə münaqişəsi zəmnində həyat yoldaşı, 1964-cü il təvəllüdlü İsmayılova Almağülü qətlə yetirib. Dəhşətli qətli törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

08:54

***

AzNews.az Report-a istinadən xəbər verir ki, A.İsmayılova X.Əzimovun dördüncü arvadı olub. Belə ki, X.Əzimovun bundan əvvəlki arvadlarından biri vəfat edib, ikisi isə boşanıb.

AzNews.az