İki avtomobil toqquşdu - Yaralanan var

19 İyun 2017 09:10 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qərvənd kəndi ərazisində qeydə alınıb.

“VAZ2106” və “VAZ21015” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər, “VAZ2106”nın sürücüsü Əliyev Yadigar müxtəlif bədən xəsarətləri alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az