İki kişi intihar etdi - Bakıda

19 İyun 2017 10:05 (UTC+04:00)

“Report”un xəbərinə görə, hadisələrdən biri paytaxtın Nəsimi, digəri Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Nəsimi rayonu, Cavadxan küçəsindəki evlərdən birində yaşayan Şəmkir rayon sakini 54 yaşlı Rəfael Məmmədov özünü asıb.

Xəzər rayonunda isə 28 yaşlı Anar Məmmədov intihar edib.

Hər iki faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

AzNews.az