Bakıda çürümüş qadın meyiti tapıldı

19 İyun 2017 10:44 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon ərazisindəki evlərdən birində çürümüş qadın meyiti aşkar edilib.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin həmin evin sahibi, 1932-ci təvəllüdlü Lidiya Koruseva olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az