Bu avtobuslar 20 saatlıq iş rejimində çalışacaq - “Formula 1”lə bağlı

19 İyun 2017 12:13 (UTC+04:00)

Bakı Nəqliyyat Agentliyindən AzNews.az-a verilən məlumata görə, “Bakı Şəhər Halqası” Əməliyyat şirkətinin müraciətinə əsasən, yarış günlərində keçiriləcək mədəni-kütləvi tədbirlərdə iştirak edəcək şəxslərin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq məqsədi ilə 3 marşrut xətti üzrə avtobusların 20 saatlıq iş rejimində işləməsi qərara alınıb. Beləliklə, 23-25 iyun tarixlərində 5, 53 və 65 nömrəli marşrut xətti üzrə avtobuslar səhər saat 06:00-dan gecə saat 02:00-dək sərnişinlərə xidmət göstərəcək. Bakı Nəqliyyat Agentliyinin müvafiq qərarının icrası ilə bağlı 5, 53 və 65 nömərli marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcılara xəbərdarlıq məktubu da ünvanlanıb.