2-si sinif şagirdini maşın vurdu

19 İyun 2017 12:59 (UTC+04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ucar rayonunun Qazyan kəndi ərazisində qeydə alınıb. Ucarın Lək kənd sakini, 2000-ci il təvəllüdlü Allahverdiyev Yusif Allahverdi oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil yolu keçən piyada, Qazyan kənd sakini, 2008-ci il təvəllüdlü Xəlilov Həsən Rəşid oğlunu vurub.

İkinci sinif şagirdi olan Həsən Xəlilov Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az