Putin Türkiyəyə yeni səfir təyin etdi

19 İyun 2017 12:59 (UTC+04:00)

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Yerxov 2009-cu ildə Rusiyanın İstanbuldakı baş konsulu təyin edilib. Daha sonra Rusiya Daxili İşlər Nazirliyində Böhranlı-vəziyyət departamentinin direktoru işləyib.

Aleksey Yerxov bu vəzifədə 2016-cı ilin 19 dekabr tarixində Türkiyənin paytaxtı Ankarada keçirilən incəsənət sərgisinin açılışı zamanı öldürülən Andrey Karlovu əvəz edəcək. Hücum edən şəxs səfir Karlov çıxış edən zaman atəş açıb və daha sonra polis tərəfindən məhv edilib. Rusiyanın Araşdırmalar Komissiyası “Beynəlxalq terror aktı” maddəsi ilə cinayət işi açıb. Andrey Karlova Rusiyanın Qəhrəmanı fəxri adı verilib.