Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini ədalətsiz hesab edir

19 İyun 2017 13:33 (UTC+04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı iyunun 15-də qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.

Ə. Həsənov qeyd edib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə ədalətsizlik var və buna Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov tərəfindən münasibət bildirilib: "Parlament sədrinin 1-ci müavini Ziyafət Əsgərov tərəfindən qətnaməyə münasibət bildirilib. Bu münasibəti yetərli hesab edir, bundan artığına biz ehtiyac görmürük".

AzNews.az